AZ

2023-cü ildə məcburi köçkünlərin sayı 76 milyona çatıb

2023-cü ildə dünya üzrə məcburi köçkünlərin sayı 76 milyona çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin 2023-cü ilə dair hesabatını qiymətləndirib.
Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin hesabatında qeyd olunub ki, son 5 ildə məcburi köçkünlərin sayı 49 faiz artaraq 75,9 milyon nəfərə çatıb.
Hesabatda təkcə 2023-cü ildə  20,5 milyonu qarşıdurmalar və zorakılıq səbəbindən olmaqla təqribən 47 milyon insanın ölkə daxilində didərgin düşdüyü qeyd olunub.
Bildirilib ki, sözügedən 20,5 milyon nəfərin təxminən 30 faizi Sudandakı müharibə, 17 faizi isə İsrailin oktyabrın 7-də Qəzza zolağına başlatdığı hücumlar səbəbindən məcburi köçkün vəziyyətinə düşüb.
Hesabatda 2023-cü ildə yaşanan təbii fəlakətlər səbəbindən milyonlarla insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.
Hesabatda həmçinin  yüksək gəlirli ölkələrdə də təbii fəlakətlər səbəbindən ölkə daxilində didərgin düşənlərin sayının artdığına diqqət çəkilərək, keçən il Kanadada təxminən 185 min insanın yaşanan yanğınlar səbəbindən yerdəyişdirdiyi vurğulanıb.
Hesabatda qarşıdakı illərdə iqlim dəyişikliyinə görə fəlakətlərin tezliyinin arta biləcəyi və bu kontekstdə köçkünlərin sayının da arta biləcəyi vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
trt.net.tr

2Mənbələr