AZ

Paşinyanı Danimarkada piketlə qarşıladılar

Danimarka erməniləri bu ölkədə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı piketlə qarşılayıb.

Publika.az xəbər verir ki, yayılan videogörüntülərdə erməni icmasının bir neçə üzvünün “Ayıb olsun, ayıb olsun” şüarları səsləndirdiyi görünür. Bir az sonra onlara bir neçə kişi yaxınlaşıb, çox güman ki, Ermənistan konsulluğunun əməkdaşlarıdır.

“Vətənimizi satanı müdafiə edirsən, Vətənimizi satanı bura gətirdin, o nə danışacaq? Ermənistanda zorakılığı dayandırın”, - deyə etirazçı qadınlardan biri bildirib.

Piket iştirakçıları qeyd ediblər ki, Paşinyan Ermənistan xalqını təmsil etmir, çünki vətəni onun istefasını tələb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
publika.az

2Mənbələr