AZ

Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manat vəsait xərcləyib

Son 5 ildə ölkə bankları maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manat vəsait xərcləyib.

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, bu ilin mayından Mərkəzi Bank real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verəcək xüsusi tənzimləyici sandbox təqdim edib:

“Həmçinin, müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
fins.az

1Mənbələr