AZ

İqtisadçı: "Yaşıl texnologiyalar ölkə iqtisadiyyatı payının artılırılmasında böyük rol oynayır"

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da son illər bu istiqamətdə bir sıra önəmli addımlar atıb.  Qeyd edək ki, bu sahənin daha da inkişafı üçün görüləcək işlərdən biri də, Azərbaycanda Dünya Bankının “Business Ready” hesabatı üzrə “Yaşıl texnologiya” onlayn platforması yaradılmasına qərar verilməsidir.

Tanınmış iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, Azərbaycanda "Yaşıl Texnologiya" online platformasının yaradılması  ölkə iqtisadiyyatında yaşıl texnologiyalarının payının artımına xidmət etməlidir: "Belə ki, yaşıl texnologiyalar həm enerji sektorunda, həm ölkə iqtisadiyyatı payının artılırılmasında böyük rol oynayır".

Qeyd edək ki, bu istiqamətdə qərarlar da qəbul olunub.

İqtisadçının sözlərinə görə  yaxın müddətdə perspektiv yaşıl texnologiyalarının iqtisadiyyatda payının artırılmasına nail olmaq üçün müvafiq siyasi tədbirlər  davam etdirəcək: "Düşünürəm ki, bu platformanın yaradılması bir tərəfdən ictimaiyyətə yaşıl iqtisadiyyatla bağlı innovativ qərarların çatdırılmasında öz rolunu oynamalıdır. Digər tərəfdən isə yaşıl texnologiya vasitəsilə bu sahə ilə bağlı operativ, şəffaf və çeviklik təminatı nöqteyi-nəzərdən müvafiq qərarlar qəbul oluna bilər".

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr