AZ

Yığmamız Qızıl Avropa Liqasına hazırlaşır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

İdman.biz xəbər verir ki, yığma Qızıl Avropa Liqasının hazırlaşır.

Toplanışa millinin baş məşqçisi Fərid Cəlalov rəhbərlik edir. Komandanın məşqlərinə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də qatılıblar.

Komandamız mübarizəyə mayın 17-də start verəcək. 3 gün Azərbaycanda baş tutacaq ilk mərhələdə millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq.

Qeyd edək ki, mayın 24-dğn 26-dək Belçikada keçiriləcək ikinci mərhələdə isə komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü mərhələ 31 may- 2 iyun tarixlərində Estoniyada baş tutacaq. Burada rəqiblərimizin ev sahibi Lüksemburq olacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
idman.biz

1Mənbələr