AZ

"PAŞA Kapital" kapital bazarları üzrə yenə liderdir

Bakı. Trend:

10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarınıninkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyiniqorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətlikağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksərseqmentləri üzrə ilk pillədə qərarlaşıb.  

Bakı Fond Birjası tərəfindən 2024-cü ilin aprel ayı üzrəaçıqlanan hesabata əsasən "PAŞA Kapital" 9 milyard 234 milyonmanatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iriinvestisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçininhesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlətistiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminəgörə yerli bazarın lideri kimi fərqləndirilib.

Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞAKapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü iləmüqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 207%, MərkəziBankın notları üzrə 104% və Maliyyə Nazirliyinin istiqrazları üzrəisə 87% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazlarınilkin yerləşdirilməsi üzrə 284 milyon manat dəyərində ticarətəməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumidövriyyə həcmi keçən ilin aprel ayı ilə müqayisədə 153% çoxdur.

Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi vəkorporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik,portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri vətədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklifedir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcəkillər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsiüçün əlçatan olmasını əsas prioritet istiqamət olaraqmüəyyənləşdirmişdir.

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçininxidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
az.trend.az

4Mənbələr