AZ

MİDA-nın saytına texniki xidmət göstərmək istəyənlərin təklifləri qəbul olunmadı


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin AİBNDX/SQ-1135/2024 nömrəli məktubuna əsasən ləğv olunub.
Bildirilir ki, MİDA “Güzəştli mənzil” sisteminin informativ hissəsi olan “mida.gov.az” saytına texniki dəstək xidmətləri almaq üçün tender müsabiqəsi keçirmək istəyib. Lakin müsabiqəyə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
yeniavaz.com

2Mənbələr