AZ

Bakıda iki maşın yanıb

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili yanıb. Müəyyən olunub ki, avtomobilin mühərrik hissəsi, kabinası və 2 ədəd ön təkəri yanıb. FHN qüvvələri avtomobilin qalan hissəsini yanğından mühafizə edib. Yanğın söndürülüb. Məlumatı FHN mətbuat xidməti yayıb. 

Suraxanı rayonunda isə “Renault” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
xalqqazeti.az

3Mənbələr