AZ

Azərbaycanda rəyi soruşulanların 95,1 faizi ailə başçısının olmasını zəruri hesab edir

Azərbaycanda

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanda rəyi soruşulanların 95,1 faizi ailə başçısının olmasını zəruri hesab edir, 4,9 faizi bunun əksini düşünür.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumat Strateji Tədqiqatlar Mərkəzinin (STM) 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib etdiyi “Müasir Azərbaycan ailəsi” analitik hesabatında öz əksini tapıb.

Beş sorğu əsasında tərtib olunan hesabatda “Ailə başçısının olması mütləqdirmi” sualına rəyi soruşulan kişi respondentlərin 97,3 faizi “bəli”, 2,7 faizi isə “xeyr” cavabını verib. Qadın respondentlərin 93,1 faizi sualı müsbət, 6,9 faizi isə mənfi cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azertag.az

1Mənbələr