AZ

Türkiyəyə XƏBƏRDARLIQ: 8 bal gücündə zəlzələ..

Yaponiyalı zəlzələ mütəxəssisi Yoşinori Moriwaki Bursa Texniki Universitetində keçirilən İnnovativ Bina Zirvəsində çıxış edib. Yoshinori tələbələrə Türkiyənin zəlzələ ilə yaşamağı öyrənməsi, gənc yaşda təhsil verməsi, zəlzələyə davamlı binalar tikməsi haqqında məlumat verib.

News24.az xəbər verir ki, Yoşinorİ "Biz hazır olmalıyıq" deyib və Çanaqqala ilə bağlı xəbərdarlıq edib.

“Çanaqqalada güclü zəlzələ ola bilər”

Türkiyənin bir çox bölgəsində baş verən zəlzələlərlə bağlı görüləcək işlər haqqında məlumat verən Moriwaki, "2024-cü ildə Çanaqqalada 4,9 bal gücündə zəlzələ baş verib. Bu bölgədə gündə 20-30 kiçik zəlzələ olur, ancaq böyük bir zəlzələ ola bilər. Təhlükəli olduğunu deyə bilərik, çünki kiçik zəlzələlər mümkün böyük zəlzələlərin qarşısını ala bilmir" deyə əlavə edib.

“Böyük zəlzələyə hazır olmalıyıq”

Dünya ortalamasına görə 5,5 bal gücündə zəlzələlərin kvadrat metrə hesablanması zamanı Yaponiyanın 6-cı, Türkiyənin isə 17-ci yerdə olduğunu bildirən Morivaki:

* Türkiyədə ən böyük zəlzələ 7,9 bal gücündə baş verib, lakin bu qırılma xətti İndoneziyadan başlayıb İspaniyaya qədər uzanır. Bununla belə, biz hələ də böyük zəlzələyə hazır olmalıyıq.

* Zəlzələlər nəticəsində ölənlərin sayı nəzərə alınaraq, Türkiyə 3-cü yerdədir. Yaponiya isə zəlzələ ehtimalının yüksək olmasına baxmayaraq, 7-ci yerdədir. Təbii ki, bu insanların zəlzələdən deyil, sunami, yanğın və ya digər hadisələr nəticəsində həyatını itirdiyi də müəyyən edilib.

Qeyd edək ki, Moriwaki Bursansanın İnegöl və Balıkəsirin Bandırma rayonlarına işarə edərək, 6,5-7 bal gücündə zəlzələ gözlədiyini bildirib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
news24.az

1Mənbələr