AZ

Türkiyə mətbuatı, 15 may 2024-cü il

 

“Sabah”: Ərdoğan ən çox bəyənilən liderdir

  Qərbi Balkan ölkələri - Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Şimali Makedoniya, Serbiya və Kosovoda aparılan sorğularda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bölgə xalqının ən çox bəyəndiyi lider” olub.

“Hürriyet”: Fidan “İsrail işğalçı dövlətdir” dedi

  Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin işğalçı dövlət olduğunu vurğulayaraq “Qəzzada müharibə gözlənilmədən başlamadı... "Həmas” terror təşkilatı deyil, müqavimət hərəkatıdır" deyə bildirib.

“Yeni Şafak”: Naxçıvan təbii qazı bu qış Türkiyə üzərindən gətiriləcək

  Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqlinə dair Türkiyə-Azərbaycan Təbii Qaz Əməkdaşlıq Sazişinin imzalanma mərasimindəki çıxışında deyib: “Bu qış Naxçıvanın təbii qazı Türkiyəyə çatdırılacaq. Biz İğdır-Naxçıvan xəttini ən qısa zamanda istifadəyə verməyi planlaşdırırıq”.

“Star”: Kacır “24 metr və daha yuxarı yaxta sifarişlərində dünyada 4-cü yerdəyik" dedi

  Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin 2023-cü il etibarilə 73 min 11 ton ilə 24 metr və daha yuxarı yaxta sifarişlərində dünyada 4-cü yerdə olduğunu bildirib.

“Vatan”: Uraloğlu TÜRKSAT 6A-nın kosmosa çıxacağı tarixi açıqladı

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu TÜRKSAT 6A-nın 2024-cü il iyun ayının əvvəlində ABŞ-a göndəriləcəyini bildirərək "Bizim proqnozumuz 8-14 iyul tarixləri arasında orbitə buraxılmasıdır" deyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
9
trt.net.tr

10Mənbələr