AZ

Fatih Altaylı: "Qadın olsam sabah lasin geyinərəm" - FOTO

Bir neçə gün əvvəl müğənni Nükhet Duru qadınların tayt (lasin) geyinilməsinə qarşı olduğunu bildirib. O lasinin paltar olmadığını, idman edən zaman geyinilən geyim olduğunu deyib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin bu açıqlaması məşhur jurnalist Fatih Altaylını əsəbiləşdirib.

O "Qadın olsam sabah lasin geyinərəm. Nükhet Duru, sən lasin geyinəndə amma yaxşı idi...?" deyərək cavab verib.
Daha sonra Fatih Altaylı açıqlamasına bunları da əlavə edib:
"Bizim əsas problemimiz bu ölkədə insanların geyimlərinə qarışmamaqdır. Yaxşı olar ki, bunu qadınlar etməsin. Bəzilərini çox qapalı, bəzilərini isə çox açıq olduğu üçün tənqid etdilər. Nükhet Duru m'nim hörmət etdiyi bir sənətkardır.

Heç olmasa bu işə qarışma, bacı... Nə baş verir? Sən amma onu geyinəndə yaxşı idi. Mən sizə qarışanlara da, sizin qarışmağınıza da qəzəbləndim. İstəyən istədiyini geyinir. Əgər qadın olsaydım, sabah lasin geyinərdim. Əgər qadın olsaydım, lasin geyinib, şəkilimi çəkib Nükhet Duruya göndərərdim. Bu ölkədə qadının qadına etdiyini, heç kəs qadına edə bilməz".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
baku.ws

1Mənbələr