AZ

Azərbaycan çempionu: Avropada da yaxşı oyun göstərməyə çalışacağıq

Avropada da yaxşı oyun göstərməyə çalışacağıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan çempionu olan "Qarabağ" həndbol komandasının qapıçısı Mədinə Musayeva deyib.

Qolkiper titula sahib çıxdıqları üçün çox sevindiyini bildirib: "Mövsümün əvvəlindən çox çalışdıq. Qarşımıza bir məqsəd qoymuşduq, ona da nail olduq. Bütün görüşlərdə qələbə qazana bilmədik, komandada enişlər də baş verdi. Amma bunlardan dərs çıxardıq və səhvlərimizi düzəltməyə çalışdıq. Ən əsas da hamı bir nəfər kimi mübarizə apardı. Məncə, komanda idman növündə bu çox önəmlidir".

"Növbəti mövsüm avrokuboklarda da mübarizə aparacağıq. İlk turda hansı komanda ilə qarşılaşmağımızdan çox şey asılıdır. Burada da uğurlu çıxış etmək istəyirik", - deyə həndbolçu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
report.az

2Mənbələr