AZ

Naxçıvan yaxınlığında hərəkətlənmə: Levonyan açıqladı

Rusiya sərhədçiləri Yerasx kəndini (Arazdəyən) tərk etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə kəndin rəhbəri Vardan Levonyan məlumat verib.

Onun sözlərinə görə, hazırda sərhəd məntəqəsində (Naxçıvan istiqamətində) hərəkətlənmə var, hazırlıq gedir.

Rusiya sərhədçiləri də bir neçə gün əvvəl Qafan rayonunun Nerkin Hand kəndini tərk ediblər. Bunu kəndin rəhbəri Xaçatur Baqdasaryan da təsdiqləyib.

Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması ilə bağlı razılaşma Baş nazir Nikol Paşinyanla Prezident Vladimir Putin arasında keçirilən görüşdə əldə edilib. Rusiya sərhədçiləri sərhəd ərazilərində 44 günlük müharibədən sonra yerləşdirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
teleqraf.com

1Mənbələr