AZ

Azərbaycandan 77 nəfər dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub - Nazir AÇIQLADI

“Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın ən qabaqcıl universitetlərinə qəbul olunan yerli tələbələrin sayında xeyli artım var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib

O bildirib ki, 220 nəfər sənəd verən Azərbaycan vətəndaşından 77-si dünyanın top-10 universitetinə daxil olub.

“Dünyanın tanınmış universitetlərinə - Harvard və digər nüfuzlu ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələr və məzunlarımız var. Nazirliyin qarşısında duran ən önəmli iş Azərbaycan vətəndaşı olan yeni nəsil gənclərin uğurlu yetişdirilməsidir”.

Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
oxu.az

2Mənbələr