AZ

İlin sonundək ucbar bölgələr internetlə təmin olunacaq -Samir Məmmədov

2024-cü ilin sonuna kimi ən ucqar bölgələr daxil olmaqla ölkə ərazisi internetlə təmin ediləcək. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

"Ölkənin 65%-i rəqəmsal İD istifadə edir. Bu prosesi genişləndirmək əsas hədəflərimizdəndir. Biz etibarli infastruktur qurmalıyıq. 2024-cü ilin sonuna kimi bütün ölkə ərazısını fiberoptik internetlə təmin etməyi planlaşdırırıq. Hazırda bu prosesi 74% icra etmişik. Bakının 90%-i bu prosesə qoşulub. Azercell şəbəkəsi gözəl perfomanslar göstərir. 18 ay ərzində Azercell-in 300-dən çox baza stansiyası qurması öz internet kefiyyətinin yüksək olmasını göstərir. Bu 500 milyon istifadəçiyə xidmət edir. COP29 çərçivəsində Azercell GSM tapşırıq qrupuna da qoşulacaq”, - nazir müavini mayın 15-də Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

Nazir müavini bildirib ki, hökumətin bulud layihəsinə 100-dən çox dövlət qurumu qoşulub və bu sayın artırılması istiqamətində işlər aparılır. 

"Dövlət qurumlarını bu sistemə cəlb etdikdən sonra fərdi şəkildə özəl şirkətlərin də prosesə cəlb olunmasını nəzərdə tuturuq. Bizim SİMA adlı uğurlu layihəmizdə var. Hansı ki, burada 80-dən çox xidməti bir portal vasitəsilə almaq olur. Həmçinin ötən il Kibertəhlükəsizlik Mərkəzi qurulub. Burada gələn il ərzində min gəncin təhsil alması planlaşdırılır. Bu layihə İsrail Universiteti ilə birgə həyata keçirilir və buranı uğurla bitirən gənclərimiz də var”, - o əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
anews.az

1Mənbələr