AZ

Gürcüstan Aİ-yə üzv olma imkanını itirə bilər

Gürcüstan xarici ölkə agentləri haqqında qanun layihəsini qəbul etməsindən sonra beynəlxalq aləmdə aramsız olaraq təzyiqlərə məruz qalmaqdadır.

Bunu Avropa İttifaqının və NATO-nun üzvü olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın açıqlaması da təsdiq etməkdədir. O, Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransında Cürcüstandakı son vəziyyətə diqqəti cəlb edib.

Marqus Tsaxknanın sözlərinə görə, xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi Gürcüstana qarşı Aİ tərəfindən sanksiyalara əl atılmasına gətirib çıxaracaq.

O ən azından sanksiyalar tətbiq edilmədən belə Gürcüstanın Aİ-yə üzvlüyüni itirəcəyini və adı çəkilən ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişdən məhrum olacağını bəyan edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
oxumeni.az

1Mənbələr