AZ

II Dünya müharibəsi dövründə Azərbaycan ən çox nisbi əhali itkisinə məruz qalan ölkə olub

II Dünya müharibəsi dövründə Azərbaycan əhalisinin sayı 780 min nəfər və ya 23,1% azalıb. Müqayisə üçün, qonşu Gürcüstanda və Ermənistanda müharibə dövründə mülki əhalinin sayı nəinki azalmamış, hətta bir qədər artmışdı. Daha doğrusu, Gürcüstanda mülki əhalinin sayı təxminən 50 min nəfərə qədər artmış, Ermənistanda isə 30-40 min nəfər azalmışdı (güman ki, azərbaycanlıların kütləvi deportasiyası səbəbindən) .

Azərbaycan təkcə keçmış Sovet respublikaları ilə müqayisədə deyil, Avropa ölkələri ilə müqayisədə də ən çox nisbi əhali itkisinə məruz qalan ölkə olub. Müharibə dövründə ən çox əhali itkisinə məruz qalan Avropa ölkəsi Polşa olub. Çünki müharibənin başlanğıcında Almaniya və SSRİ arasında ikiyə bölünmüş Polşada xalq təkcə faşizmin deyil, Stalin repressiyalarının da qurbanı olub. Polşa mütəxəssisləri müharibə dövründə polyakların sayının 16,5% azaldığını təsbit etmişlər. Başqa sözlə, hər 6 polyakdan biri müharibə qurbanı olmuşdur. Göründüyü kimi Azərbaycanla müqayisədə Polşada da bu göstərici olduqca aşağıdır”.

(AMEA-nin müxbir üzvi Şahbaz Muradov və iqtisadçı demoqraf Çingiz Baxışın "Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar" kitabından sitat)

Beləliklə, qəribə nəticələr ortaya çıxır - ərazisində müharibə getməyən Azərbaycan əhalisinin dördə birini, ərazisində müharibə gedən Rusiya 10-da birini itirib. Axı bizim ərazimizdə savaş getməyib. Axı bizim şəhərlərin heç biri qəhrəman şəhər deyil. Bizdən Sovet İttifaqı qəhrəmanı adına alanlar da cəmi 43 nəfərdir, gürcülərdən 90, ermənilərdən 89. Belə çıxmırmı ki, “top yemi” bir xalqın (xalqların) oğulları idi, sinəsini qəhrəman ordeni bəzəyən başqaları?

Cəmaləddin Quliyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
visiontv.az

1Mənbələr