AZ

De Brün Fabreqası örtərək 2-ci olub

İngiltərə çempionu və kubokun qalibi “Mançester Siti”nin 32 yaşlı belçikalı yarımmüdafiəçisi Kevin De Brün “Arsenal” və “Çelsi”nin sabiq futbolçusu, ispaniyalı Sesk Fabreqasın Premyer Liqada ötürmələrinin sayını ötüb.

İqtisadiyyat.az xəbər verir ki, “Tottenhem”lə görüşdə (2:0) norveçli hücumçu Erlinq Hollann De Brünün ötürməsindən sonra fərqlənib.

112 məhsuldar ötürmə ilə De Brün Premyer Liqa tarixində ikincidir. Rekordçu 162 məhsuldar ötürmə ilə "Mançester Yunayted"in keçmiş oyunçusu Rayan Giqqzdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
iqtisadiyyat.az

1Mənbələr