AZ

Kanadada meşə yanğınları səbəbiylə minlərlə insan təxliyə qərarı verilib

Kanadada meşə yanğınları səbəbiylə minlərlə insan təxliyə qərarı verilib

Kanadanın şimal-şərqindəki Vood Buffalo bölgəsində baş verən meşə yanğınları səbəbindən minlərlə insanın təxliyəsi qərara alınıb.


AFN.az "CBC News"a istinadən xəbər verir ki, Vood Buffalo regional bələdiyyəsi baş verən yanğınlardan sonra yerli fövqəladə vəziyyət elan edib.

Təxminən 21 min hektar meşə sahəsi yandıqdan və yanğınlar yaşayış məntəqələrinə yaxınlaşdıqdan sonra Fort McMurray, Beacon Hill, Abasand, Prairie Creek və Grayling Terrace yaşayış məntəqələri üçün evakuasiya əmri verilib.

Yanğınsöndürmə rəisi Codi Butz mətbuata verdiyi açıqlamada təxliyə qərarının təxminən 6 min insanı təsir edəcəyini bildirib.

Butz həmçinin qeyd edib ki, yanğına nəzarət etmək üçün onların kifayət qədər resursları var, lakin onlar ictimaiyyəti təhlükədən uzaq tutmalıdırlar.

Təxliyə əmrindən sonra sakinlər cənuba doğru hərəkət edərkən yollarda tıxaclar yaranıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
2
afn.az

3Mənbələr