AZ

Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı var

Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər həlak olub.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Ölənlər adanın yerli sakinləri olan gənc Kanaklardır. Yüzlərlə şəxsin iğtişaşlarda yaralandığı bildirilir.

Qeyd edək ki, iğtişaşlar Fransa Milli Assambleyasının Sakit okean adasında səsvermə qaydalarına dəyişiklikləri təsdiqləməsindən sonra başlayıb.

Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatdır.

Fransanın daxili işlər naziri Gerald Darmaninin sözlərinə görə, iğtişaşlar zamanı yüzə yaxın polis yaralanıb, bir neçə mağaza dağıdılıb.

"130-dan çox şəxs saxlanılıb, onlarla iğtişaşçı nəzarətə götürülüb və məhkəmə qarşısına çıxarılacaq", - Fransa ali komissiyası bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
5
sherg.az

6Mənbələr