AZ

Balabəy Ağayev: “Bütün çətinlikləri gözə alıb bu yola çıxmışam”

“Yarışda gözləntim böyükdür”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək dünya çempionatını öncəsi fikirlərini açıqlayıb. Ağayevin sözlərinə görə, mundial gərgin mübarizə şəraitində keçəcək: “Yarışa çox yaxşı hazırlaşmışıq. Məşqlərimiz yüksək səviyyədə keçir. Mundalda hamı var gücü ilə işləyəcək. Buna görə də heç kimi zəif görmürəm və inanıram ki, hər şey yaxşı olacaq”.

Dünya çempionatına özünü tam hazır sayan cüdoçu əziyyətinin bəhrəsini görəcəyinə əminlik ifadə edib: “Çox əziyyət çəkmişəm. Ona görə də niyə dünya çempionu olmayım? Əlimdən gəldiyinin artığını etməyə hazıram və bunun üçündə çox çalışmışam. Çempionatda əsas hədəfim qızıl medal əldə etməkdir. İdmana gəlişim heç də asan olmayıb. Əgər bu yolu seçmişəmsə, deməli, bütün çətinlikləri gözə alıb bu yola çıxmışam. Ən önəmlisi isə çempion olmaq istəyirsənsə, hərtərəfli hazır olmasın. Yəni fiziki, psixoloji amillərin yerində olmalıdır. Ən əsası isə nə olursa-olsun dözüm nümayiş etdirməlisən”.

Qeyd edək ki, fərdi yarışlar mayın 19-23-də Abu-Dabidəki “Mubadala Arena”da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
idman.biz

1Mənbələr