AZ

Yasamalda yaşayış binasının zirzəmisində iş davam etməkdədir - Yasamal RİH susur, Komitə "qanunsuzdur" deyir - VİDEO

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisi ilə bağlı qalmaqal davam edir. Daha əvvəl də xəbər verdiyimiz kimi, sözügedən zirzəminin Yasamal Rayon İcara Hakimiyyəti tərəfindən satıldığı iddia edilir. Sakinlər bildirib ki, icra Hakimiyyəti zirzəmini şəhid ailəsi üçün ev tikmək məqsədilə ayırdığını deyir. 

 

Pravda.az-a daxil olan şikayət əsasında aidiyyəti qurumlara müraciət edilsə də, məsələ hələ də həllini tapmayıb. 

 

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  tikintinin qanunsuz olduğunu bildirsə də, Yasamal Rayon İcra Hakimiyyəti şikayətlərə məhəl qoymayıb. 

 

Sakinlərin saytımıza göndərdikləri görüntülərdən aydın olur ki, hazırda zirzəmidə “ev” tikilməsi davam etdirilir. 

 

Yasamal RİH-yə ünvanlandığımız sorğu isə 1 həftə keçməsinə baxmayaraq, hələ də cavabsız qalıb. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 15 May 2024, 11:21   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
pravda.az

4Mənbələr