AZ

Maaşlar artırılacaq, saatlıq əməkhaqqı tətbiq OLUNACAQ – iqtidar-müxalifət DEBATINDA GERÇƏKLƏR

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Təklif edilən dəyişiklik hələ qüvvəyə minməsə də, bir çox vətəndaş sözügedən mövzu barədə məlumatlı olmadığı üçün narahatdır.

Maraqlıdır, çalışanlar üçün bu yeniliyin mənfi və müsbət cəhətləri nə olacaq? Ekspertlər söyləyir ki, yeni standart və qaydaların tətbiq edilməsinin səbəbi sırf beynəlxalq təcrübədə həmin metoddan istifadə olunmasıdır. Yeni standartlara keçid üzrə artıq proqramlar qəbul olunur. Burada qeyd olunur ki, əməkhaqqının saatla hesablanması daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə də bu sübut olunub. Həmin dəyişiklik texniki xarakter daşıyır və maaşların artırılmasından söhbət getmir. Məsələn, hər hansı müəssisə özünə işçi tutur və ona minimum əməkhaqqı üzrə maaş verir. Həmin şəxs ay ərzində 7-8 saat çalışır və ona uyğun məvacib alır. Təsəvvür yaranır ki, işçi ay ərzində yox, saat hesabı işlədiyinə uyğun əməkhaqqı alır. Elə sahələr var ki, orada maaş aylıq formada ödənilir. Ancaq fikir versək, həmin insan bir ay ard-arda işləməsə də, həmin məbləği alır. Bu yenilik üzrə hələ təkmilləşdirmə işləri aparılır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iqtidar-müxalifət debatında müzakirə edəcəyik. Müstəqil deputat Rüfət Quliyevlə AXP sədri Pənah Hüseyn qonaqlarımızdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
musavat.com

1Mənbələr