AZ

Bayden və Respublikaçılar arasında İsrail mübahisəsi

ABŞ prezidenti Bayden ilə Nümayəndələr Palatasında Respublikaçılar arasında İsrail mübahisəsi var. Parlamentin Respublikaçılar Partiyasının sədri İsrail və Ukraynaya müdafiəyə dəstək paketlərini və Qəzzaya humanitar yardımı ehtiva edən qanun layihəsində dəyişiklik edib. Ukraynaya silah və Qəzzaya humanitar yardım paketdən çıxarılıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da İsrailə müdafiə dəstəyi paketi Bayden administrasiyasını respublikaçılara qarşı qoyub.

Parlamentdəki respublikaçılar İsrail üçün 14 milyard dollarlıq müdafiə paketini ehtiva edən qanun layihəsinə düzəliş və səsverməyə çıxarmağa hazırlaşır.

Ukraynaya 61 milyard dollarlıq müdafiə dəstək paketinin və Qəzzaya 9 milyard dollarlıq humanitar yardım paketinin qanun layihəsindən çıxarılması planlaşdırılır.

Bundan başqa bəzi silahların, o cümlədən 1 tonluq bombaların da İsrailə göndərilməsi tələb olunur.

Sözügedən silahların İsrailə göndərilməməsi halında respublikaçılar Müdafiə və Xarici İşlər nazirlikləri ilə əlaqə saxlayacaqlar.

Ağ Ev respublikaçıların bu addımına reaksiya verib. Ağ Evin Milli Təhlükəsizlik Şurası prezident Baydenin qanun layihəsinin hazırkı formada qəbul ediləcəyi təqdirdə ona veto qoyacağını açıqlayıb.

ABŞ Prezident Bayden bu bir tonluq bombaların göndərilməsini İsrailin Rəfahda istifadə edəcəyindən ehtiyat edərək dayandırdı.

İsrailrespublikapərəstlər və az sayda demokrat deputat qanunun bu formada qəbul edilməsini istəyir.

Bununla belə, hər iki partiyada Konqres üzvlərinin əksəriyyəti Ukraynaya dəstək paketinin qəbulunun əleyhinədir.

Bu səbəbdən qanun layihəsini qəbul etmək çətin görünür.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
turkustan.az

1Mənbələr