AZ

Efirdə qətl etirafı: Canlı yayımda meyit tapıldı - VİDEO

Türkiyənin ATV kanalında “Müge Anlı ile Tatlı Sert” verilişində axtarışda olan Şaban Ataşın öldürüldüyü məlum olub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərhumun keçmiş həyat yoldaşı Əminə Karabulut cinayət törədildiyini etiraf edib. Bundan sonra meyitin atıldığı yerə gedən müxbir canlı yayımda cəsədi tapıb.

Cəsədi görən müxbir panikaya düşsə də, Ə.Karabulutun canlı yayımda baş verənləri ayağını ayağının üstünə ataraq izləməsi müzakirələrə səbəb olub.

Boşansa da, keçmiş əri ilə bir evdə yaşayan Ə.Karabulut iş yoldaşı olan Burhanettin Öztürk adlı şəxslə aralarında sevgi münasibəti olduğunu deyib. O bildirib ki, hadisə baş verən gün B.Öztürk və keçmiş əri ilə birgə səhər yeməyində olub. Keçmiş ər-arvadın arasında çıxan mübahisədən sonra B.Öztürkün Şaban Ataşın əvvəlcə başına vurduğu, sonra isə iplə boğduğu iddia edilib.

B.Öztürk Ə.Karabulutun dediklərini təkzib edib və Ş.Ataşı öldürmədiyini bildirib.

Mərhumun keçmiş həyat yoldaşı cəsədi əvvəlcə gizlədiklərini daha sonra isə 2 oğlu, anası və B.Öztürklə birgə xalçaya bükərək daşlıq əraziyə atdıqlarını deyib.

Ailə üzvləri daha sonra Ş.Ataşın itkin düşməsi barədə polisə müraciət edib.

Canlı yayımdakı etirafdan sonra cinayətdə əlbir olan Ə.Karabulut, onun anası və 2 oğlu, eləcə də B.Öztürk saxlanılıblar.

Billurə Yunus

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
olke.az

1Mənbələr