AZ

Samir Məmmədov: "Bakıda evlərin 90 %-də genişzolaqlı fiberoptik internetə çıxışı var"

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir.


“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.


O bildirib ki, ümumilikdə Azərbaycanda 74 % evlərin genişzolaqlı fiberoptik internetə çıxışı mövcuddur: "Azərbaycanda transformasiya üçün etibarlı infrastruktur qurulmalıdır. Bu istiqamətdə də işlər görülür və düşünürəm ki, birgə fəaliyyət nəticəsində daha müsbət nəticələr əldə ediləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
report.az

4Mənbələr