AZ

Prezident açıqladı: seçkilərdə Avropayönlü cəbhənin lideri olacam

“Bu seçkilərdə (payızda keçiriləcək) Avropayönlü cəbhənin lideri olacam”.

Medianews.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “CNN” telekanalına açıqlamasında bildirib.

“Gürcüstan əhalisi artıq bir çox sınaqlardan keçib və böyük müqavimət göstərib. Bu, çox dinc nümayişdir. Bizdə seçkilər var və mən qarşıdan gələn seçkilərdə bir növ referendum olacaq Avropayönlü cəbhənin lideri olacağam. Mən bunu birbaşa seçkilərdə iştirak etməklə yox, siyasi partiyaların, vətəndaş cəmiyyətinin qərbyönlü, avropayönlü cəbhəsinin qarantı kimi edəcəm. Bizdə çox yetkin vətəndaş cəmiyyətinin, çox yetkin gənclərin olması son dərəcə vacibdir ki, üçüncü həftədir ki, bir şüşə sındırmadan, bir dənə də maşın yandırmadan nümayişlər keçirir. Digər ölkələr üçün isə gürcü əhalisinin nə qədər yetkin olduğu və öz Avropa yolunu saxlamaqda nə dərəcədə qətiyyətli olduğu çox aydın olacaq”, – deyə o bildirib.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
medianews.az

1Mənbələr