AZ

İsrail Livanın cənubuna hava zərbəsi endirdi

İsrail ordusu Livanın cənubunda hərəkət edən avtomobilə hava hücumu həyata keçirib. Təbii fəlakət nəticəsində 2 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Sur şəhəri ilə Əl-Kuş qəsəbəsi arasındakı magistral yolda bir avtomobili hədəfə alıb.

Hücum nəticəsində 2 nəfərin öldüyü bildirilib.

Hücumdan sonra açıqlama verən Hizbullah Hərəkatı Sur hücumunda həlak olanlardan birinin də onun üzvü olduğunu açıqlayıb.

Açıqlamada mərhumun adının Hüseyn İbrahim Mekki olduğu qeyd edilib.

Digər tərəfdən İsrail ordusu Sur şəhəri yaxınlığında hücumu təsdiqləyən açıqlama verərək, hadisədə həyatını itirən Hüseyn İbrahim Mekki ilə bağlı məlumat paylaşıb.

Açıqlamada Mekki-nin Livandakı Hizbullahın cənub cəbhəsinin səhra komandirlərindən biri olduğu və 8 oktyabr 2023-cü ildən Hizbullahın İsrailə qarşı başlatdığı hücumlarda fəal rol aldığı qeyd edilib.

2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 297-yə yüksəlib.

Bundan əlavə, toqquşmalarda 61 livanlı mülki şəxs, 19 Amal Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşı həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
turkustan.az

1Mənbələr