AZ

Yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan ediləcək

Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin sədri Yaroslav Nilov RT ilə söhbətində yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edən qanun layihəsinin əhəmiyyətindən danışıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, qanun layihəsi üzərində iş xeyli müddətdir ki, gedir.

“Qanun layihəsi Dövlət Dumasına təqdim edilib və bazar ertəsi hökumət komissiyasında ona baxılıb.”- Nilov bildirib.

O, insanları enerji içkilərinin sağlamlıq üçün təhlükələri barədə məlumatlı olmağa çağırıb.

“Əgər söhbət demoqrafiyadan, sağlamlıqdan, insanları xilas etməkdən gedirsə, o zaman bu içkilərin satışı, reklamı qadağan olunmalı, onların sağlamlığa zərəri haqqında hər kəsə məlumat verilməlidir. Qanun layihəsi artıq Dövlət Dumasındadır. Ümid edirəm ki, bu qadağa yaxın vaxtlarda tətbiq olunacaq”, - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, bütün fraksiyaların deputatları Dövlət Dumasına enerji içkilərinin yetkinlik yaşına çatmayanlara pərakəndə satışını qadağan edən qanun layihəsi təqdim ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
ikisahil.az

1Mənbələr