AZ

“OPEC”-dən 2024-cü il üçün neft tələbatına dair proqnozlar

“OPEC”-in may ayı üzrə hesabatında deyilir ki, təşkilat bu il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu dayişməyib: hələ də gündəlik 2.2 milyon barrel artaraq, 104.46 milyon barrelə çatacağı ehtimal edilir.

Fins.az xəbər verir ki, müvafiq olaraq, təşkilat, bir ay əvvəl olduğu kimi, qlobal neft tələbatının 2023-cü ildə gündəlik 102.21 milyon barreldən 2024-cü ildə gündəlik 104.46 milyon barrelə qədər artacağı proqnozlaşdırır.

Hesabatda qeyd olunur ki, belə artıma hava nəqliyyatına yüksək tələbat və nəqliyyat vasitələrinin daha çox mobilliyi, eləcə də, İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) üzvü olmayan ölkələrdə aktiv sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyətləri töhfə verir. Bundan əlavə, hesabat müəlliflərinin fikrincə, Çin və Yaxın Şərqdə neft-kimya potensialının artırılması neftə tələbatı artıracaq.

“OPEC” 2025-ci ildə də qlobal neft tələbatının sutkada 1.8 milyon barrel artacağını proqnozlaşdırır. İƏİT regionunda tələbin təqribən 0.1 milyon barrel, birliyə daxil olmayan ölkələrdə isə tələbin 1.7 milyon barrel artacağı ehtimal olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
fins.az

1Mənbələr