AZ

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan energetika nazirlərinin iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 15 may tarixində Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
9
apa.az

10Mənbələr