AZ

İşğaldan azad edilmiş ərazilərimizdə gənclik şəhərinin yaradılması təklif edilib

İşğaldan

Bakı, 15 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə gənclik şəhərinin yaradılmasını arzu və təklif edirik.

AZƏRTAC xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda mayın 15-də keçirilən konfransda səsləndirib.

STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” analitik hesabatı barədə də danışan Z.Oruc hesabatda respondentlər arasında 5 sorğu aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ailə dəyərləri kontekstində qlobal problemlərdən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mеhribаn хаnım Əliyevа Azərbaycan qadınlarının problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
azertag.az

1Mənbələr