AZ

Çexiya prezidentindən çağırış: "Bu müharibə mütləq hərbi xarakter daşımır"

"Kiyevə silah tədarükü eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirilir".

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki,  bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.

Tərəfləri Ukraynada hərbi əməliyyatları dayandırmağa  çağıran P. Pavelə görə, Ukraynanın yaxın gələcəkdə itirilmiş ərazilərini geri qaytara biləcəyi ehtimalı sadəlövhdür.

"Münaqişə tərəfləri danışıqlar zamanı bu razılaşmanın təminatçısı olacaq ölkələrin razılığı olmadan kompromis əldə etməlidirlər.  Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmaq üçün müraciət edə bilər, lakin ilk növbədə münaqişəni həll etmək və regionda sülhü bərpa etmək lazımdır. Rusiya konstruktiv addımlar atarsa, o zaman Avropa eyni şəkildə cavab verməlidir". - deyə prezident qeyd edib.

Rusiya-Ukrayna müharibəsinin sırf hərbi xarakter daşımadığını hesab edən Pavelin fikrincə, bu qarşıdurma fonunda NATO Ukraynada öz kontingentini yerləşdirə bilməyəcək:

"Əks halda bu addım Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə səbəb ola bilər".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
18
bakivaxti.az

10Mənbələr