AZ

Zaxarova: Blinkenin açıqlaması Ukrayna suverenliyinin kobud şəkildə pozulmasıdır

“ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynadakı seçkilərlə bağlı sözləri istehza kimi səslənir”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Onun Ukrayna ilə bağlı dediklərinə qulaq asmaq mümkün deyil, çünki bu, sadəcə olaraq, suverenliyin və demokratik dəyərlərin kobud şəkildə pozulması deyil, sadəcə olaraq istehzadır”.

O, əlavə edib ki, Blinkenin bəyanatları Ukrayna dövlətinin suverenliyinin və demokratik dəyərlərin kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2024-cü ilin mart ayının sonuna təyin edilmişdi, lakin Ukraynanın hazırkı lideri Vladimir Zelenski ölkədə hərbi vəziyyətin pisləşməsi səbəbindən səsvermənin keçirilməsini məqsədəuyğun hesab etməmişdi. Bununla belə, Ukrayna Ali Məhkəməsi prezident Zelenskinin konstitusiya quruluşunu pozduğuna görə Ali Radaya sorğu göndərib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
30
konkret.az

10Mənbələr