AZ

Vəfanın davaları bitmir: “Onu ciddiyə almıram”

“Mənim əvvəl paltar mağazam var idi. Mağaza bağlanandan sonra paltarları evə gətirdim. Ülviyyə də gəlib bizim evdən paltar götürürdü”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Rəngarəng səhər” verilişində deyib.

Müğənni qalmaqal yaşadığı həmkarı Ülviyyə Namazovanın sirlərini açıb:

“Mən danışmaq istəmirdim. Amma o, hər dəfə çıxıb deyir. O, övladı ilə gəlib bizim evdən paltarlar aparırdı. Mən satmırdım. Sadəcə o paltarları Ülviyyəyə hədiyyə edirdim. Rəfiqə olsam, deyərik də. Rəfiqəlik etməmişik. Mən onu ciddiyə almıram”.

Qeyd edək ki, Vəfa Şərifova və Ülviyyə Namazova arasında bir müddətdir soyuq küləklər əsir. Onlar zaman-zaman efirlərdə bir-birilərinin ünvanına xoşagəlməz sözlər işlədirlər.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
bakivaxti.az

1Mənbələr