AZ

Plastik qablardakı qida sağlamlığımıza təhlükə törədir

Bütün qablaşdırma sənayesində olduğu kimi, qida sənayesində də plastik qablara tez-tez rast gəlinir.

Norveç Elm və Texnologiya Universitetinin bir qrup alimi plastik qida qablaşdırması ilə bağlı iki ayrı araşdırma apararaq qorxulu faktları üzə çıxarıb. 

"Cebhe.info" xəbər verir ki, tədqiqat zamanı qida qablaşdırmasında istifadə edilən 36 müxtəlif plastik məmulat araşdırılıb.

Məhsullar ABŞ, İngiltərə, Cənubi Koreya, Almaniya və Norveçdən bir-bir gətirilib. Təəssüf ki, aparılan araşdırmalar nəticəsində bir paketdə 9 936 müxtəlif kimyəvi maddə olduğu üzə çıxıb.

Ətraf Mühit Elmi və Texnologiyası mövzusunda açıqlanan elmi araşdırmalarda mütəxəssislər bu kimyəvi maddələrin bəzilərinin insanlara zərərli ola biləcəyini də müəyyən edib.

Məsələn, onlardan birində hormonların ifrazına və maddələr mübadiləsinə təsir edən kimyəvi maddə tapılıb.

Mütəxəssislər qida qablaşdırmasından istifadə etmək bir yana, onlara toxunmağın belə insanlara zərər verə biləcəyini iddia edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
cebheinfo.az

1Mənbələr