AZ

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə edilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib...

"Report"un yerli bürosu xəbər verir ki, iclasda Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təmsil edib.

Görüşdə tərəflər arasında "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”ə dair məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Layihənin siyasi, iqtisadi və strateji əhəmiyyəti qeyd olunub, regional və beynəlxalq ticarət həcminin daha da artmasına, hər üç ölkənin tranzit imkanlarının genişləndirilməsinə, eləcə də gömrük prosedurlarının sadələşdirilməsinə əlavə imkanlar yaradacağı bildirilib.

Üçtərəfli görüşün nəticəsi olaraq yekun protokol imzalanıb.

İclas çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə ayrılıqda ikitərəfli görüşlər də keçirib. Hər iki görüşdə ikitərəfli əsasda mövcud olan münasibətlərə dair fikir mübadiləsi aparılmış və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr edilib.

Eyni zamanda, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi, sərhədlərin birgə idarəolunması, dəmiryolu daşımalarında məlumat mübadiləsi, Səlahiyyətli İqtisadi Operatorlar və digər məsələlər müzakirə olunub, Azərbaycan gömrüyünün Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) layihəsi ilə bağlı məlumat verilib.

Poliqon.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
7
poliqon.info

7Mənbələr