AZ

Goranboyda sel suları fəsadlara səbəb olub

Goranboyda sel suları bir sıra fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatlna görə, bir neçə gündür yağan leysan yağışları nəticəsində Gorançayın Qaraçay qolunda və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurub.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə vəziyyətlə yerində maraqlanıb.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
apa.az

10Mənbələr