AZ

ŞKTR parlamentinin spikeri: Azərbaycanla birlikdə Türk dünyası naminə səylər göstərməyə hazırıq

ŞKTR

Lefkoşa, 15 may, AZƏRTAC

Şimali Kipr Türk Respublikasının (ŞKTC) parlament nümayəndə heyətinin bu il iyunun əvvəlinə Bakıya planlaşdırılan səfəri Azərbaycanla əlaqələrin inkişafına töhfə verəcək. Dost ölkəmizdə qarşıdan gələn görüşləri səbirsizliklə gözləyirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ŞKTR parlamentinin sədri Zorlu Töre deyib. O əlavə edib: “Ümid edirəm ki, digər türk dövlətləri də ŞKTR ilə parlamentlərarası əlaqələrin qurulmasında Azərbaycandan nümunə götürəcək”.

Şimali Kipr parlamentinin spikeri Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyası ilə münasibətlərin qurulması istiqamətində siyasətini yüksək qiymətləndirib. O vurğulayıb: “Azərbaycanla birlikdə Türk dünyası naminə səylər göstərməyə hazırıq”.

Zorlu Töre qeyd edib: “Hesab edirəm ki, türk dövlətlərinin imkanlarından, iqtisadi gücündən ilk növbədə onların özlərinin xeyrinə istifadə edilməlidir. Əminəm ki, türk dövlətlərinin birliyi onları Aİ və ABŞ-dan qat-qat inkişaf etmiş dünyanın aparıcı iqtisadi mərkəzlərindən birinə çevirməyə imkan verəcək”.

ŞKTR parlamentinin sədri bildirib ki, türk dövlətləri çox böyük resurslara malikdir və bu zəngin ehtiyatlar birlikdə bir çox məqsədlərə çatmağa və türk xalqlarının rifah halını yaxşılaşdırmağa kömək edə bilər.

Parlamentin spikeri Şimali Kipr Türk Respublikası ilə qarşılıqlı fəaliyyətin, o cümlədən mədəniyyət və təhsil sahələrində əməkdaşlığın geniş potensialının olduğunu da qeyd edib.

Zorlu Töre əmin olduğunu bildirib ki, Türkiyə və Azərbaycana qarşıdakı səfərlər çərçivəsində də üç qardaş ölkə arasında parlament əlaqələri davam etdiriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Lefkoşa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
azertag.az

1Mənbələr