AZ

"Daxil olan 11 692 müraciətdən 10 000-i ailə mübahisəsinin payına düşür" - Nadir Adilov

“2024-cü ilin 1-ci rübündə Mediasiya Təşkilatlarının ölkədə 11 692 müraciət daxil olub, bunlardan 10 308 müraciət tamamlanıb. Bunlardan təxminən 10 000 müraciət ailə mübahisəsinin payına düşür. 522 müraciət kommersiya, 487 müraciət əmək mübahisələrinin, 83 mübahisə isə digər mülki mübahisələrin payına düşür. Burada mübahisə təkcə boşanmadan getmir. Uşaqla ünsiyyət, qızıl zinət əşyaların geri alınması, cehizin geri alınması və s. statistika ailə mübahisələrinin tərkibinə daxildir. Ailə mübahisələrindən təxminən 317 işə xitam verilib, məhkəməyə getməyib”.

QHT.az xəbər verir ki, bu sözləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bu gün keçirilən “Beynəlxalq Ailə İli” adlı tədbirdə çıxışı zamanı qeyd edib. Hüquq üzrə fəlsəfə doktorunun sözlərinə görə, mövqeləri vətəndaşların boşanmaması, əsas funksiyaları qanunla müəyyən olunan tərəflər arasında mübahisəni həll etməkdir: "Çox təəssüf ki, biz qərb dövlətlərindən olan Mediasiya Təşkilatlarına bizdəki mübahisə predmetlərini izah edə izah edə bilmirik. Bunlardan biri qızıl zinət əşyalarının geri qaytarılmasıdır. Onlar başa düşmürlər ki, niyə qızıl zinət əşyaları mübahisələnməlidir, məişət problemi niyə məhkəməlik olmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
qht.az

1Mənbələr