AZ

Turistlər üçün tələblər sərtləşdirildi – Gürcüstanda

Gürcüstan hakimiyyəti ölkəyə gələn turistlər üçün tələbləri sərtləşdirib. Qanunvericiliyə edilən dəyişikliklər iyunun 1-dən qüvvəyə minəcək.

KONKRET.az xəbər verir ki, birincisi, artıq əcnəbilərdən Gürcüstanda qaldıqları bütün müddət ərzində 5 min dollar məbləğində təcili yardım və xəstəxanada müalicə zəmanəti ilə 30 min dollarlıq tibbi sığorta tələb olunacaq.

Əgər sığortanız yoxdursa, 110 dollar cərimə ödəməli olacaqsınız. Ancaq əlbəttə ki, sənəd almaq daha yaxşıdır. Qiymət olduqca əlverişlidir: 30-40 dollar

Qeyd edək ki, keçən il Rusiya ilə Gürcüstan arasında uçuşlar bərpa edildikdən sonra rusiyalı səyahətçilər Qafqazda istirahət etməkdən çox məyus olublar. Çünki gürcülər qiymətləri getdikcə qaldırıb, rus dilində danışmaqdan isə imtina ediblər.

Məhz buna görə də Rusiya İqtisadi İnkişaf Nazirliyi rus vətəndaşlara Gürcüstana səfərdən çəkinməyi tövsiyə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
konkret.az

1Mənbələr