AZ

Domen saxtakarlığı nədir?

Bakı. Trend:

Domen saxtakarlığı vasitəsilə kiberdələduzlar istifadəçilərialdadır və qurumların rəsmi veb-saytlarına oxşar saxta veb-saytlarhazırlayaraq, onların bank kartı və digər fərdi məlumatlarını ələkeçirməyə çalışır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Domen saxtakarlığından qorunmaq üçün aşağıda göstəriləntəlimatlara əməl etməyiniz tövsiyə olunur.

1) Əgər e-poçtda fərdi məlumat tələb edilirsə, göndərənin e-poçtünvanını diqqətlə yoxlayın;

2) Klikləməzdən əvvəl faktiki URL-ə baxmaq üçün mesajlardakıhiperlinklərin üzərinə mausu yaxınlaşdırın, beləcə, linkintəyinatının gözlənilən veb-sayt və ya domenlə uyğunluğunu yoxlamışolacaqsınız;

3) Veb-saytın təhlükəsizliyini yoxlayın, ünvan xanasında “https”və kilid simvolu olub-olmadığına diqqət yetirin;

4) Qurumların adından yaradılmış domenlərlə bağlı şübhəlihalllarla qarşılaşdıqda rəsmi məlumatları müvafiq qurumun özündəndəqiqləşdirin.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
az.trend.az

1Mənbələr