AZ

“ABŞ İsrailə 1 milyard dollar dəyərində silah göndərməyi planlaşdırır” – Xarici KİV

ABŞ-da Co Bayden administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan silah və hərbi texnika göndərməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri artıq bu barədə Konqresi məlumatlandırıb. Qeyd olunur ki, bu silah yardımı Konqresin təsdiqindən sonra İsrailə çatdırılacaq.

Bildirilir ki, ABŞ-nin silah yardımı paketinə tank mərmiləri, minaatanlar və silahlı taktiki maşınlar daxildir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
azpolitika.info

1Mənbələr