AZ

İrəvanda silah daşıyan etirazçılar saxlanılıblar

Xəbər verdiyimiz kimi Ermənistanda vəziyyət gərgin olaraq qalır. Dünən polis xeyli sayda aksiya iştirakçısını saxlayıb. Hüquqşünas Ruben Melikyan sosial şəbəkə hesabında “Beş insan haqları müdafiəçisi” təşəbbüsü adından paylaşım edərək yazıb ki, beş etirazçı silah saxlamaqda şübhəli bilinərək saxlanılıb: "Halbuki, onların üzərində axtarış zamanı heç bir şey tapılmayıb". 

Melikyan bildirib ki, mayın 14-15-də hakimiyyət bir sıra qanunsuz həbslər həyata keçirib. 

“Vətən naminə Tavuş”un azı beş fəal iştirakçısı, o cümlədən “Azatazen” təşkilatının idarə heyətinin üzvü İşxan Gevorqyan 72 saatlıq həbsə atılıblar. Saxlanılanların müdafiəsi işlərinə vəkil Varazdat Arutyunyan baxır".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
news365.az

1Mənbələr