AZ

Məhkəmə “Yalnız slavyanları işə götürürük” elanını yasaqladı

Yazını böyüt
Yazını kiçilt

Moskva məhkəməsi reklamlarda “yalnız slavyanlar üçün” ifadəsinin istifadəsini qadağan edib.

Hafta.az-ın yazdığına görə, Moskva Solntsevo Məhkəməsi "yalnız slavyan görünüşlülərin" müraciət edə biləcəyi bildirildikdən sonra bəzi internet saytlarında aktyor və fotomodel seçimi üçün yerləşdirilən elanlarda bu ifadənin istifadəsinə qadağa qoyulmasına qərar verib.

Moskva Şəhər Məhkəməsinin bəyanatında belə reklamların qanunsuz olduğu, dövlətin və cəmiyyətin maraqlarını pozduğu bildirilib.

Bəyanatda vurğulanıb ki, bu cür qanunsuz reklamları yerləşdirən şəxslər məhkəmə qaydasında cəzalandırılmalıdır.

Bildirilib ki, bkrs.info, castingy.ru, metplanet.ru və art.one saytlarında bu istiqamətdə yerləşdirilən reklamların əksəriyyəti məhkəmənin qərarından sonra silinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
hafta.az

1Mənbələr