AZ

Azərbaycan Basketbol Liqasında üçüncülük uğrunda mübarizəyə start verilir

Azərbaycan

Bakı, 15 may, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda mübarizəyə start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu dueldə “Xırdalan” və “ NTD-İndiqo” komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da başlayacaq.

Seriyanın ikinci matçı isə mayın 18-də baş tutacaq.

Qeyd edək ki, “Xırdalan” yarımfinalda “Sabah”a, “NTD-İndiqo” isə “Xəzri”yə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr