AZ

Ruslan Talıbov: “Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb”

Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, son 4 ildə bir post-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb: “Bu, sektorda getdikcə dəyişən müştəri davranışlarını və bununla bağlı tələbləri dintechlərin qarşısına yeni hədəflər gətirir."

O qeyd edib ki, ölkəmizdə ötən dövr daha çox lisenziyalaşma və qanunvericiliyin təkmilləşdirilməsi, ödəniş sistemləri haqqında qanunun qəbulu, eləcə də müxtəlif prosedur və qaydaların qəbulu ilə xarakterik olub. Ötən dövrü sektor oyunçuları özlərinin nizamnamə kapitalı və qanunvericiliyin digər tələblərini həyata keçirməyə sərf ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
report.az

4Mənbələr