AZ

Şəkər və qənd istehsalı 40 faizə yaxın azalıb

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 45,5 min ton şəkər və qənd istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 min ton və ya 36,5 faiz azdır. 2023-cü ilin birinci rübündə şəkər və qənd istehsalının miqdarı 71,6 min ton olub.

Hesabat dövründə ölkəmizdə 2 min 183,2 ton miqdarında şəkərli qənnadı məmulatları istehsal olunub ki, bu da, illik müqayisədə 1 min 424,7 ton, yaxud da 39,5% azdır. Ötən ilin ilk üç ayında şəkərli qənnadı məmulatlarının istehsalının miqdarı 3 min 607,9 ton olub.

Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə hazır şəkər və qənd ehtiyatının miqdarı 12,2 min ton, hazır şəkərli qənnadı məmulatları ehtiyatının miqarı 114,7 min tondur.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
valyuta.az

2Mənbələr