AZ

Tender qərarlarının süni intellekt tərəfindən qəbul edilməsi mexanizmi hazırlanmalıdır

Gülüstan sarayında təşkil edilən Təchizat Zənciri Liderləri Zirvəsində çıxışım zamanı dövlət satınalmalarının hüquqi bazasının gücləndirilməsi və bu sahədə şəffaflığın daha da artırılması ilə bağlı fikirlərimi təqdim etdim.

Tender qərarlarının süni intellekt tərəfindən qəbul edilməsi mexanizminin hazırlanmasının vacibliyini bildirdim. Tender qərarlarını insanlar verdiyi zaman subyektiv yanaşmalar mövcud olur. Süni intellektin inteqrasiyası haqqında təkliflərimiz və müraciətlərimiz davam edir.

2024-cü ildə dövlət satınalmalarının məbləği 8 milyard manata yaxın olacaq. Yəni, dövlət büdcəsindən 8 milyard manat tenderlər vasitəsi ilə bölüşdürüləcək. Tender qaliblərinin süni intelekt tərəfindən müəyyənləşdirilməsi tender qərarlarına müdaxilələri ciddi şəkildə minimumlaşdıra bilər. Dəyişən meyarları daxil etməklə dövlət satınalmalarında süni intelektdən istifadə mümkündür.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları tərəfindən satınalma mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
visiontv.az

1Mənbələr